AFFA-dan iki futbolçuya cəza, klublara cərimə

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 11-ci turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib. 

Misli Premyer Liqasının 11-ci turunun “Səbail” – “Şamaxı” oyununda meydan sahiblərinin futbolçusu Tural Bayramlı oyunun 42-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

11-ci turun “Neftçi” – “Sabah” oyununda meydan sahiblərinin futbolçusu İsmayıl Zülfüqarlı oyunun 75-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right