“Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Gənclik şəhəri” təmsilçisi son olaraq Banqadeşin “Şeyx Rassel” klubunda çıxış edən Riçard Qadze ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb. 28 yaşlı qanalı hücumçu 43 nömrəli formada çıxış edəcək.
Azərbaycanda daha öncə “Zirə”də (2017-2018; 2019-2020) çıxış etmiş Riçard Qadze karyerası ərzində Hindistanın “Delhi Dinamo”, Finlandiyanın HJK (Helsinki), Rumıniyanın “Voluntari”, Moldovanın “Şerif” və İsrailin “Bney Saxnin” klublarının şərəfini qoruyub.