"Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Newsport.az-a müsahibəsi:
-"Qarabağ”ı qarşıda çətin "Yanq Boys” oyunu gözləyir. Komandanın kapitanı olaraq sənin fikirlərin necədir?
"Yanq Boys”un "Luqano” ilə oyununu izləmişəm. Çox maraqlı komandadı. Bu ana qədər biz, belə bir rəqiblə qarşılaşmamışıq. Əvvəlkirəqiblərimizin necə futbol oynadıqlarını bilirdik. Amma "Yanq Boys” qarışıq oyunu sevən komandadı. Bizi çətin oyunlar gözləyir. Çox işləməli və çox güc sərf etməliyik ki, layiqli mübarizə aparaq. Rəqibin hücum xəttini xüsusi vurğulamaq istəyirəm. Çox təhlükəli hücumçuları var.
Hücum xətti güclü olsa da, müdafiədə çox zəif oynayırlar. Demək olar ki, "Yanq Boys” çox qol buraxan komandadı...
Müdafiə barədə bir şey deyə bilmərəm. Çünki hücumçulara daha çox üstünlük verirdim. Hücum baxımdan çox güclüdülər. Hətta "Seltik”dən daha rəngarəng olduqlarını deyə bilərəm. İlk dəıqiqələrədən sona qədər mübarizə aparmaq lazımdı.
İsveçrədə "Qarabağ”ı hansı hesab qəbul edər?
Təbbi ki, biz ilk öncə məğlub olmamamq istəyirik. Asan oyun olmayacaq. Bizdə istəyirik ki, ilk oyundan sonra sərfəli nəticə olsun. Ən əsas 2 top fərqi ilə uduzmamaq istəyirik.
Puponla bağlı fikriniz necədir. Səncə O, Muarrem kimi sonradan gücünü göstərəcək? Yoxsa Gelaşvili kimi gəldikdən sonra sönəcək? Mətbuatda yer alan məlumata görə, Pupona özünü göstərmək üçün 1 ay vaxt verilib...
Mətbuatda yazılanlar barədə məlumatım yoxdu. Amma söhbət təkcə Pupondan deyil bütün futbolçulardan gedir. Biraz tələsirik. Badvidə potensial görmüşdünüz? Səhv etmirəmsə "Qarabağ” onu transfer edəndə hamı gülürdü.Bes Reynaldo? Mənim yadımdadır, Reynaldonun "Bayıl Arena”da ilk oyunu. Gülürdülər ona. Hətta biz özümüz də gülürdük. Amma tələsməmək lazımdı. Bir müddət sonra özünü göstərə bilməsə buna uğursuz transfer deyə bilərik. Yadınızdadısa Muarremdən də çox narazılıqlar olurdu. Hətta onun komandadan gedəcəyi də, gözlənilirdi. Ümid edirəmki, yeni transferlər də, komandamıza istənilən xeyiri verəcək.
Cavid Hüseynovla bağlı nə deyə bilərsiniz?
Çox qarışıq məsələdir.Bu dəqiqə düzgün açıqlama vermək böyük məsuliyyət tələb edir.Bir tərəfdə insan ölümü. Bir tərəfdə insan ölümü, digər tərəfdən isə illərcə çiyin-çiyinə oynadığım futbolçu. Amma bir şeyi demək istəyirəm ki, mən Cavidi 10 ildir tanıyıram. Həqiqətən mən onun kiminləsə konflikt etdiyini görməmişəm.Çox mehriban insandır. Onun belə bir hadisənin baş verməsini istəməzdi. Cavidi kiminsə üstünə adam göndərəcək insan kimi tanımıram. Mərhuma allahdan rəhmət diləyirəm.