"Bu büdcə ilə Premyer Liqada oynamaq çox çətindi"

Bu gün Topaz Premyer Liqasında 2-ci tura start verilib.
 
Newsport.az-ın məlumatına görə, "Qəbələ" səfərdə AZAL-ı 2:0 hesabı ilə məğlub edib.

"Dalğa Arena"dakı oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov məğlubiyyəti belə şərh edib:

“Vəziyyətimizi başa düşmək lazımdı. Bu büdcə ilə Premyer Liqada oynamaq çox çətindi. Buna baxmayaraq, bu gün biz “Qəbələ”dən geri qalmadıq. Təhlükəli hücumlar qurmağa çalışdıq. Amma qol vura bilmədik. Heyətdə çox sayda çatışmazlıqlarımız var. Hücumda, müdafiədə problemlərimiz yetərincədi. Düşünürəm ki, son vaxtların ən inkişafda olan, ən yaxşı futbol sərgiləyən komandasına qarşı oynadıq. Bu mənada oyunçulardan narazılığım yoxdu. Penalti epizoduna gəlincə isə bunu müzakirə etmək istəmirəm. Hakim düzgün qərar vermişdi. Biz pressinq etməyə çalışdıq. Bunu meydançanın rəqibə aid hissəsində etməyin öhdəsindən gəldik. Vəziyyət elədir ki, mən futbolçulardan çox şey tələb edə bilmirəm. Böyük futbol oynamaq üçün bəzi futbolçular xarakterlərini dəyişməlidirlər. Məni ən çox narahat edən məsələ komandanın ardıcıl iki oyunda məğlub olmasıdı. Zamana ehtiyacım var”. 

(pfl.az)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right