Oktyabrın 29-da Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Səbail” oyununun biletləri satışa çıxarılıb.
Newsport.az-ın məlumatına görə, biletlərin qiyməti 3 və 10 manatdır.
3 manatlıq biletlər stadionunun birinci yarusunun üstüaçıq tribunaları, çox məhdud sayda olan 10 manatlıq biletlər isə VİP tribuna üçün nəzərdə tutulub. 3 manatlıq biletlər rənglərinə uyğun olaraq iki yerə bölünür: sarı rəngli biletlər B (stadiona daxil olarkən sol tərəfdəki tribunalar), göy rəngli biletlər isə A sektoru (sağ tərəfdəki tribunalar) üçün keçərlidir.