"Sevinirəm ki, dəyişikliklərin fonunda xal itirmədik”-Qriqorçuk

Bu gün Topaz Premyer Liqasında 2-ci tura start verilib.
 
Newsport.az-ın məlumatına görə, "Qəbələ" səfərdə AZAL-ı 2:0 hesabı ilə məğlub edib.

"Dalğa Arena"dakı oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk qələbəni belə şərh edib:

“Sevinirəm ki, 3 xal qazandıq. Heyətdə müəyyən dəyişikliklər etmişdik. Bu, rəqibdən asılı deyil. Ümumiyyətlə, mən rəqibin zəif olmasını düşünmürəm. Bildiyiniz kimi,  Avropa Liqasında mübarizəni davam etdiririk. Avropada meydançaya az çıxanlara şans vermişdik. Eyni zamanda, reqlamentə görə bəzi dəyişikliklər etmişdik. Sevinirəm ki, dəyişikliklərin fonunda xal itirmədik”. 

(pfl.az)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right