Azərbaycan U-17 millisi Avro-2024-ün seçmə mərhələsində bu gün ilk oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, millimiz Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qollarını 77-ci dəqiqədə Hüseyn Hüseynov və 83-cü dəqiqədə Murad Məmmədov vurub.
Qrupun digər görüşündə Bosniya və Herseqovina Lixtenşteynə qalib gəlib (2:0).
Qeyd edək ki, komandamız seçmə mərhələdə növbəti oyununu oktyabrın 27-də Lixtenşteyn yığmasına qarşı keçirəcək.
Avro-2024, seçmə mərhələ, 2-ci qrup
Azərbaycan - Ukrayna - 2:5
Qollar: Hüseynov, 77, Məmmədov, 83-pen. - Ponomarenko, 33-pen; 39, 59, 68, Osipenko, 90.
Xallar: Ukrayna - 3, Bosniya və Herseqovina - 3, Lixtenşteyn - 0, Azərbaycan - 0.