Maksim Medvedev: “Qarabağ” mənim həyatımdır”

"Qurban Qurbanovun "Qarabağ"ın inkişafında böyük rolu var. Onun sayəsində Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən komandamız formalaşıb". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA-nın Ağdam təmsilçisindən hazırladığı reportajda deyib.

O bildirib ki, "Qarabağ" onun həyatıdır: "Mən uşaqlıqdan karyerama burada başlamışam. 19 ildir ki, bu klubun üzvüyəm. Kapitan sarğısı da mənə həvalə olunub". 

M.Medvedevin sözlərinə görə, "Qarabağ"ın hər bir oyunçusu klubun əhəmiyyətini anlayır: "Komandamıza qoşulan hər kəsə bunun millət və xalq üçün nə demək olduğunu öyrədirik. Onlar hansı klubu təmsil etdiklərini çox gözəl başa düşürlər".

Millimizin üzvü daha sonra söyləyib: "Klub sevinir. Ölkə daxilində çoxlu azarkeşimiz var. Biz onlara sevinc bəxş etməyə çalışırıq və buna nail oluruq. "Qarabağ"ı hər zamankından daha yaxşı təmsil edə bilirik. Bu, mənim üçün sadəcə klub deyil, bir ailədir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right