Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, "Qarabağ" səfərdə "Rəvan"ı 2:1 hesabı ilə məğlub edib.
Bayıldakı oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Emin Quliyev məğlubiyyəti belə şərh edib:
“Rəqib hesabı açana qədər futbolçularım yaxşı çıxış etdilər, razı qaldım. Daha sonra fiziki baxımdan problem yaşadıq. Komandanı 20 günə yığmışıq. Heyətə yeni futbolçuların cəlb olunması lazımdı. Mindauqas Kalonasın komandada qalıb-qalmayacağı dəqiq bilinmir. Artıq çəkisi olan futbolçu oynamağa hazır deyil”.