Bu gün Azərbaycan Birinci divizionunda 9-cu tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
MOİK evdə "Qəbələ-2"yə uduzub. "Turan Tovuz-2" səfərdə "Mingəçevir"dən üstün olub. "Qaradağ Lökbatan" - "Zirə-2" matçında isə qalib müəyyənləşməyib.
Qeyd edə ki, turun digər oyunları sabah keçiriləcək.
Birinci divizion, 9-tur
25 oktyabr
MOİK - "Qəbələ-2" - 2:4
Qollar: İlham Allahverdiyev, 33, 71 - Fərid İsgəndərov, 5, Süleyman Damadayev, 56, Rauf Məhərrəmov, 59 (penalti), Əli Mürsəlov, 90+4
"Mingəçevir" - "Turan Tovuz-2" - 0:3
Qollar: Vüsal Məsimov, 30, Elçin Qasımov, 41, Akif Tağıyev, 76
"Qaradağ Lökbatan" - "Zirə-2" - 0:0