"Qarabağ" 100 faiz Rusiyada çempionluq uğrunda mübarizə apara bilər"

"Qarabağ"ın Rusiya Premyer Liqasında birincilik uğrunda mübarizə aparacaq gücdə olması cəfəngiyat deyil, doğrudur".

Newsport.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev "sports.ru"ya müsahibəsində deyib.

"Qarabağ" haqda danışan Rusiyalı mütəxəssis komandanın gücünü sübut edən bir sıra nümunələr göstərib:: 

"Azərbaycana gələndən bir-iki ay sonra məndən bu barədə soruşanda cavab verdim ki,  "Qarabağ" Rusiyada 3-4-cü yerlər uğrunda mübarizə aparar. Amma indi görürəm ki, 100 faiz çempionluq uğrunda mübarizə apara bilər. 

"Qarabağ"ın Avropadakı son oyunlarına - 3:0 hesabı ilə qalib gəldiyi "Olimpiakos" və "Nant"la matçlarına baxsanız, onların necə çıxış etdiyini başa düşəcəksiniz. Əks-hücumda oynamırlar, "avtobus" qurmurlar. Onlar 4 ən fəal cinah oyunçusu ilə oynayırlar. Buna qədər Çempionlar Liqasında Polşa, İsveçrə, Macarıstan çempionlarını keçiblər. Onlardan tam üstün olublar".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right