"Neftçi"nin Misli Premyer Liqasının 11-ci turunda "Sabah"la oyunda (2:3) zədələnən futbolçusu Yusuf Lavalın durumuna aydınlıq gəlib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib.
Paytaxt təmsilçisinin baş həkimi Şaiq Zöhrablı oyunçunun durumu ilə bağlı bildirib: "Sınığı və daxili orqanlarında zədəsi yoxdur. Sadəcə, möhkəm əzildiyi üçün ağrı hiss edir. Ağrısı azalsa, artıq komandanın növbəti məşqində iştirak edə biləcək".
Qeyd edək ki, Yusuf Laval sözügedən görüşün fasiləsində Yeqor Boqomolski ilə əvəzlənib.