“Krasnodar”da rublla alırdım, "Sabah"da dollarla” Murad Musayev

"Sabah"ın rusiyalı baş məşqçisi Murad Musayev ölkəsinin mətbuatına müsahibəsində klubla müqaviləsinin maliyyə tərəflərindən danışıb.

Newsport.az xəbər verir ki, "Sports.ru"ya danışan çalışdırıcı "Rusiya ilə müqayisədə maaşlarınız nə qədər azalıb?" sualını belə cavablandırıb: "Maaş dəyişikliyi kursdan asılıdır. “Krasnodar”da rublla alırdım, indi dollarla. Son bir ildə dollar çox dəyişib. Amma müqavilə bağladığım vaxtda dollar Rusiyadakından iki dəfə az oldu".

Musayev Rusiyada yüksək maaş alması ilə bağlı iddiaların doğru olmadığını da bildirib: "Orada Premyer Liqa klublarının məşqçiləi ilə eyni qazandığım düz deyil. Düşünmürəm ki, FNL-də kimsə bu qədər qazansın. Ümumiyyətlə, pul mövzusu məndən uzaqdır. “Krasnodar”da rəhbərliyə heç vaxt deməmişəm ki, maaşımı artırın. Deməmişəm ki, o məşqçi bu qədər alır, mən isə bu qədər. Burada da elədir. Mən heç vaxt qiymət danışmamışam. Şərtlər təklif olunanda müqavilə imzalamışam. Bəlkə də bu, yaxşı deyil. Məndə belə xüsusiyyət olsaydı “Krasnodar”da daha çox qazanardın. Amma əgər yaxşı işləsəm, yaxşı pulum və müqaviləm olacaq”.

Qeyd edək ki, Musayev 2021-ci il oktyabrından "Sabah"ı çalışdırır. Onun komandası hazırda Misli Premyer Liqasında 11 oyuna 28 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right