70-ci dəfə evdə məğlub oldular

“Sumqayıt” Premyer Liqada 70-ci ev məğlubiyyətini alıb.

Newsport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Misli Premyer Liqasının XI turunun “Zirə” ilə görüşündə iki cavabsız qol buraxıb.

Komanda öz meydanındakı 169-cu qarşılaşmada 70-ci dəfə xalsız qalıb. Sumqayıtlılar evdə 70 və daha çox oyunda uduzan 5-ci komanda olub.

Qeyd edək ki, “Sumqayıt” ilk ev yenilgisini 2011-ci il avqustun 14-də “Qəbələ”dən alıb – 1:2.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right