"Qarabağ" 100 faiz Rusiya Premyer Liqasında “Zenit”lə çempionluq mübarizəsi aparardı"

"Parlaq oyun alındı. Gərgin matç getdi. Keyfiyyətli qollar vurduq. "Neftçi" kimi komandaya qarşı 90 dəqiqə oynamaq lazımdı. Hesab 3:0 olandan sonra növbəti qolları vurmalıydıq. Komandadan ümumi mənada razıyam. Amma bəzi nüanslar var ki, dərs çıxmalıyıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev deyib. O, Premyer Liqanın 11-ci turunun "Neftçi"yə qarşı keçirilən matçdan sonrakı mətbuat konfransında danışıb.

- Komandada nəyi dəyişdiniz ki, indi belə uğurlu çıxış edirsiz?
- Hər gün işləməyimizin bəhrəsidi. Burada təkcə mənim yox, futbolçuların, rəhbərliyin də əməyi var. Doğrudu, parlaq oyunlar olur. Amma dayanmaq olmaz. Bu oyunu unudub “Qəbələ” matçına hazırlaşmaq, köklənmək lazımdı.

- Bugünkü oyunu Rusiya Premyer Liqasının matçları ilə müqayisə etmək olar?
- Əlbəttə, müqayisə etmək olar. “Qarabağ” 100 faiz Rusiya Premyer Liqasında “Zenit”lə çempionluq mübarizəsi aparardı. “Neftçi” isə ilk “səkkizlik”də yer ala bilərdi. Ümid edirəm ki, biz də orada olardıq. Azərbaycan çempionatı haqda da fikrim dəyişib. Hansısa oyunda tam gücünü səfərbər etməsən, qalib gələ bilməzsən.

- 3:0-dan sonra nəyə görə dayandınız?
- Bu, psixoloji ilə durumla bağlıdı. Bir səhv etdik və bu da bizə pis təsir göstərdi. Aleksey Kaşuku itirdik, oyunun da ritmi getdi. Rəqib daha çox uzun ötürmələrlə bizi təzyiq altında saxlamağa çalışdı. Bizim üçün dərs oldu. Dərs çıxarmalıyıq. Çünki meydanda 90 dəqiqə mübarizə aparmaq lazımdı.

- “Sabah” hələ ki, yalnız “Qarabağ”a uduzur. Onların hegemonluğuna son qoya bilərsiz?
- Səmimi danışsaq, bu, çox çətindi. Beş ildir ki, yaranmışıq, yeni-yeni addım atırıq. Bizə “Qarabağ”dan danışmaq lazım deyil. Heç turnir cədvəlinə də baxmağa ehtiyac yoxdu. Yalnız “Qəbələ” haqda düşünməliyik. Əgər komandada 4-5 il işləsəydim, nəsə söz verə bilərdim. Sadəcə onu deyə bilərəm ki, hər gün səylə daha çox çalışacağıq.

- Davit Volkov “Zirə”də başqa performans göstərirdi, “Sabah”da isə fərqlidi. Bu, oyun stili ilə bağlıdı?
- Davitin potensialı böyükdü. O, daha güclü oynaya bilər. Məşqlərdə maksimum işlədiyini, oyunlara necə hazırlaşdığını görürəm. Bəlkə də əvvəlki Daviti, ya ondan güclüsünü gələcəkdə görə bilərik. Amma yeni komandadadır, adaptasiya üçün vaxt lazımdı. Ümid edirəm ki, istədiyimiz Daviti qarşıdakı matçlarda görəcəyik.

- Aleksey Kaşukun vəziyyəti necədi?
- Ağlayırdı. Həkimlər də narahat idi. Xəstəxənaya artırdılar. Qorxuram ki, sının olmasın.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right