Regekampfla Mikels arasında gərginlik

 Premyer Liqasının 11-ci turunda “Neftçi” öz meydanında “Sabah”la üz-üzə gəlir. 

Newsport.az-ın məlumatına görə, qarşılaşmanın 11-ci dəqiqəsində “Neftçi”nin baş məşqçisi Lorentsio Regekampfla qonaqların hücumçusu Coy Lens Mikels arasında insident yaşanıb. 

“Sabah”ın müdafiəçisi Boyan Letiç zədələnərək yerdə qalsa da, meydan sahibləri hücumu davam etdiriblər. Bu zaman Mikelsin etirazına rumın məşqçi reaksiya verib. Nəticədə tərəflər bir-birinə qarşı sərt ifadələr işlədiblər. Yalnız baş hakim Kamal Umudlunun müdaxiləsindən sonra ara sakitləşib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right