Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsiylə bağlı daha bir futbolçunun həbs olunduğu ilə bağlı xəbərlər yayılıb. "Turan"ın sabiq futbolçusu Akif Tağıyevin də həbs edildiyi yazılır.
Newsport.az-ın məlumatına görə, Tağıyev həbs edilmədiyini bildirərək, yazılanlara münasibət bildirib: "Mən həbs edilməmişəm. Sadəcə polis bölməsinə çağırmışdılar. Sorğu-sual edib buraxdılar. Yəni məsələ ilə heç bir əlaqəm yoxdu. Boş-boş şeylərdi yazılanlar. Həbs edilməmişəm. Sadəcə dediyim kimi bir-iki sual verdilər polis bölməsində, sonra buraxdılar".