Neftçi” slovakiyalı qapıçı Mixal Peskoviçlə müqavilə imzalayıb.
Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qolkiper 6 ay müddətinə komandanın formasını geyinəcək.
M. Peskoviç “Neftçi”yə gəlməmişdən öncə Polşanın “Podbeskidze” klubunda çıxış edib.
Buna qədər isə slovakiyalı qapıçı “Nitra” (Slovakiya), “Poloniya” (Polşa), “Aris” (Yunanıstan), “Viborq” (Danimarka) kimi klubların şərəfini qoruyub.