"Kəpəz"in 4 futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq

"Kəpəz" Misli Premyer Liqasının 11-ci turunda səfərdə "Qəbələ"dən qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi bu qarşılaşmaya ciddi itkilətlə çıxacaq.

"Sarı-göylər"in müdafiəçisi Zamiq Əliyev cəzalı olduğu üçün matçı buraxacaq. Əfran İsmayılov, Samir Məhərrəmli və Peyman Keşavarzi isə zədə səbəbindən oyuna tribunadan baxacaqlar.

Qeyd edək ki, "Qəbələ" - "Kəpəz" görüşü bu gün saat 16:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right