Azərbaycan Premyer Liqasında 11-ci turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, 2-ci oyun günündə 2 matç keçirilib. "Kəpəz" "Qəbələ"nin qonağı olub və 1:1 hesablı bərabərə qalıb.
Günün sonuncu görüşündə isə "Sumqayıt" "Zirə"ni qəbul edib və 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki. tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq. İlk oyun günündə isə "Qarabağ" "Turan Tovuz"a böyük hesabla qalib gəlib.
18:30.“Sumqayıt” – “Zirə” - 0:2 (İkinci hissə)
Qol: Rəhim Sadıxov, 16-pen, Sertan Taşkın, 72
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Cəmil Quliyev, Namiq Bəkirov
“Kapital Bank Arena”
16:00. “Qəbələ” – “Kəpəz” - 1:1
Qol: İsnik Alimi, 20 (1:0), Fərid Nəbiyev, 61 (1:1)
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kamran Bayramov, Əli Əliyev
Qəbələ şəhər stadionu