“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

“Qarabağ”ın Azərbaycan çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyası 30-a yüksəlib.

Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, seriya yubiley həddinə Premyer Liqanın XI turunda çatıb.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda “Turan Tovuz”la ev matçında 3 cavabsız qolla qalib gəlib. Cari mövsümün 10 matçının hamısında qələbə qazanan "köhlən atlar" ötən çempionatı ardıcıl 20 görüşdə uduzmadan başa vurub.

Ağdam klubunun son məğlubiyyəti 2021-ci il oktyabrın 25-nə təsadüf edib. Səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan bölgə təmsilçisi bu müddətdə 26 qələbə qazanıb, 4 heç-heçə edib. Seriya dövründə 90 qol vuran “Qarabağ” 16 top buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right