Azərbaycan çempionatında kobud səhv 5 yox, 6 əvəzetmə etdilər

Azərbaycan birinci divizonunun dünən keçirilən 8-ci turunda kuryoz olay yaşanıb.

Newsport.az-ın xəbərinə görə, hadisə "Zirə-2" - "Mingeçevir" matçında baş verib. Meydan sahibi komanda 3:0 hesabı ilə qalib gəldiyi görüşdə qaydalara əsasən 5 yox, 6 əvəzetmədən istifadə edib. "Zirə-2" üç əvəzetməni 45+2, digər üçünü isə 46, 70 və 80-ci dəqiqələrdə həyata keçirib. 

Çempionatın əsasnaməsinə görə, bu kobud qayda pozuntusu səbəbindən komandaya 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Bununla bağlı qərarı AFFA-nın İntizam Komitəsi növbəti iclaslarından birində verəcək. 

Bu fakt görüşün protokolunda və hakim-inspektorun raportunda öz əksini tapıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right