"Qarabağ" "Turan Tovuz"u məğlub etdi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib.

Lider "Qarabağ" "Turan Tovuz"u qəbul edib. Görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Qurban Qurbanovun komandası 10 oyuna 10-cu qələbəsini qazanıb və 30 xalla liderliyini möhkəmləndirib.

Qeyd edək ki, turun digər qarşılaşmaları oktyabrın 22-23-də keçiriləcək.

20 oktyabr (cümə axşamı)

19:00.“Qarabağ” – “Turan Tovuz” - 3:0 

Qollar: Kvabena Ovusu, 2, Ramil Şeydayev, 42-pen. Filip Ozobiç, 53

Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
“Azersun Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right