“Araz Naxçıvan”ı büdrədən tapıldı

Futbol üzrə Azərbaycan I Divizionunda 8-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə “Qəbələ”nin əvəzediciləri ilə qarşılaşan lider “Araz Naxçıvan” cari mövsümdə ilk xal itkisi ilə üzləşib. “Zirə”nin əvəzediciləri “Mingəçevir”i, “Turan Tovuz”un ikinci komandası isə MOİK-i məğlub yola salıb.

I Divizion
8-ci tur
19 oktyabr

Zirə-2 – Mingəçevir 3:0
Qol: Xəqani Sadıxov, 8; 89. Vüsal Əliyev, 87.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva.
“ASK Arena”, 13:00.

Turan Tovuz-2 – MOİK 1:0
Qol: Nazim Həsənzadə, 89.
Hakimlər: Namiq Bəkirov, Elman Kərimov, Zakir Şükürzadə, Mahmud Bağırzadə
Tovuz şəhər stadionu, 14:30.

Qəbələ-2 – Araz Naxçıvan 1:1
Qol: Xəyal Xudaverdiyev, 90+3 – Orxan Əliyev, 69-pen.
Hakimlər: Rövşən Rəcəbov, Ruslan Quliyev, Teymur Teymurov, Şamil İmanzadə.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.

Turun digər oyunları:

İmişli – Zaqatala 3:1
Şamaxı-2 – Neftçi-2 0:3
Kəpəz-2 – Səbail-2 3:1
Qaradağ Lökbatan – Sumqayıt-2 0:0





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right