Bu gün Azərbaycan kubokunda 2022/23 mövsümünün püşkü atılacaq.
Newsport.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlayacaq. Yarışda Premyer Liqamızın bütün komandaları - "Qarabağ", "Neftçi", "Sabah", "Qəbələ", "Turan Tovuz", "Zirə", "Səbail", "Kəpəz", "Sumqayıt", "Şamaxı" mübarizə aparacaqlar. Həmçinin birinci divizion təmsilçiləri olan “Qaradağ Lökbatan”, MOİK, “Araz Naxçıvan” və “Mingəçevir” də Azərbaycan kubokunda yarışacaqlar.