Krivotsyukun komandası kubokda mübarizəni dayandırdı

Futbol üzrə Polşa kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Legiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 0:3 hesablı məğlubiyyətlə ayrılmaqla kubokda mübarizəni dayandırıb.

Anton da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right