Bu gün Azərbaycan Premyer Liqasında II turun oyunlarına start veriləcək.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Son çempion “Qarabağ” səfərdə “Rəvan”ın qonağı olacaq. İlk görüşdə “Qəbələ” ilə heç-heçə edən (2:2) Ağdam təmsilçisi bu dəfə üç xal qazanmağa yaxındır. Qurban Qurbanovun komandası matçın aşkar favoritidir.
Növbəti oyunda AZAL çempionatın digər iddialı komandası “Qəbələ”ni qəbul edəcək. Avropa Liqasında mübarizəni davam etdirən Roman Qriqorçukun komandası maliyyə yaxşı günlərini yaşamayan AZAL-la matçın favoritidir.
Turun digər oyunları avqustun 16-17-də keçiriləcək.
15 avqust (şənbə)
Azərbaycan Premyer Liqası, 2-ci tur
21:00. “Rəvan” – “Qarabağ” 1-2
Qollar: Yamin Ağakərimzadə, 67-avtoqol (0:1),Qara Qarayev, 83 (0:2),Tural Qürbətov,88 (1-2)
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Vaqif Musayev, Xəlil Xəlilov.
Bakı. “Bayıl Arena”.
21:00. AZAL – “Qəbələ” 0-2
Qollar: Aleksey Qay, 45-pen (0:1), Aleksey Antonov, 76 (0:2)
Hakimlər: Fariz Yusifov, Elm1an Musayev, İsgəndər Əliyev, Ziya Nəsirov.
Bakı. “Dalğa Arena”.