Yunanıstan Super Liqasında 8-ci tura yekun vurulub.
Newsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" doğma meydanda PAOK-u qəbul edib. Matç qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.
8 turdan sonra 14 xal toplayan "Olimpiakos" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının G qrupunda Yunanıstanda keçirilən qarşılaşmada "Olimpiakos"u 3:0 hesabı ilə məğlub edib. Bakıdakı görüş isə qolsuz bərabərliklə yekunlaşıb.