Azərbaycan Premyer Liqasının yayımı ilə bağlı mühüm yenilik

"Connect TV" Azərbaycan Premyer Liqasının II turunun oyunlarını retranslyasiya edəcək.

Newsport.az-ın məlumatına görə, bununla bağlı Azərbaycanın kabel operator televiziyası ilə AFFA arasında razılıq əldə olunub.  Razılığa əsasən, AFFA tərəfindən "Connect TV"yə Premyer Liqanın II turunun kabel televiziyasının yayımladığı C1 kanalında retranslyasiya edilməsinə dair hüquq verilib. Eyni zamanda razılığa əsasən, gələcəkdə "CBC Sport" kanalında yayımlanacaq oyunlar da "Connect TV" tərəfindən retranslyasiya ediləcək.   Premyer Liqanın II turunun oyunları həftənin şənbə, bazar və bazar ertəsi günlərində saat 21:00-da "Connect TV"-nin C1 kanalında yayımlanacaq. "Connect TV" Bakı, Sumqayıt, Xırdalan şəhərləri və ətraf qəsəbələrdə əhaliyə keyfiyyətli efir-kabel televiziyası xidmətləri göstərir. Hazırda kabel operator televiziyası rəqəmsal və HD yayımda 6 dildə 3 növ kanallar paketində ümumilikdə 172 kanal yayımlayır. (Report) 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right