Gəncədəki oyunda şəhid övladlarına alqışalayiq jest

Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Kəpəz" Gəncədə "Neftçi"ni qəbul edir. 

Newsport.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, meydan sahibləri oyundan öncə gözəl təşəbbüslə çıxış ediblər. Belə ki, komandalar meydana şəhid övladları ilə birgə çıxıblar. Qarşılaşmada topa ilk zərbəni Vətən müharibəsi zamanı ermənilərin Gəncəyə raket hücumu nəticəsində valideynlərini itirmiş Hüseyn Əliyev və dağıntılar altında qalmış Bəxtiyar Heydərli endirib.

Bundan başqa, "Kəpəz" tərəfindən şəhid övladlarına hədiyyə paketləri də təqdim olunub.

Hacı Mərdan


 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right