"Sabah"dan yubiley qələbəsi

“Sabah” Premyer Liqada 20-ci ev qələbəsini qazanıb.

Newsport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yubiley “Zirə” ilə qarşılaşmaya təsadüf edib. Misli Premyer Liqasının X turunun matçında meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. “Sabah” 20-ci qələbəsini 57-ci oyununda əldə edib.

Bakı klubu öz meydanında ən azı 20 dəfə üç xal qazanan 32-ci komanda olub. Paytaxt təmsilçisi eyni sayda qələbə əldə edən “Səbail”lə “Bakılı”ya çatıb.

​Qeyd edək ki, “Sabah” Premyer Liqadakı ilk ev qələbəsini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində qazanıb – 1:0.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right