"Nefçi" ilə "Qarabağ" turu itkisiz başa vurdu Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, son oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Kəpəz" Gəncədə əzəli rəqibi "Neftçi"ni qəbul edib və 0:2 hesabı ilə uduzub. Bununla da "Kəpəz" bu mövsüm Gəncədə ilk oyununa çıxıb.

Günün digər oyununda isə "Qarabağ" öz meydanında "Sumqayıt"la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. 

Azərbaycan Premyer Liqası

X tur

16 oktyabr (bazar)

15:00. “Kəpəz” – “Neftçi” 0-2

Qol:  Emin Mahmudov, 17, Kenni Sayef, 42

Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
Gəncə şəhər stadionu.

17:30. “Qarabağ” – “Sumqayıt” 1-3

Qollar: R.Şeydayev, 67;87. M.Qurbanlı, 73 - öA.Aqanspahic,56.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
“Azersun Arena”

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Qəbələ" ilə 1:1, "Səbail" səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib, "Sabah" isə doğma meydanda "Zirə"yə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right