Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Neftçi” oyununda topa ilk zərbəni Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş Hüseyn Əliyev endirəcək.
Newsport.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov sosial şəbəkə hesabında paylaşım edib.
Oktyabrın 16-da Gəncə şəhər stadionunda keçiriləcək Azərbaycan derbisinə saat 15:00-da start veriləcək.