UEFA başa çatan avrokubok həftəsinin yekunlarına əsasən klubların reytinqini yeniləyib.
Newsport.az-ın məlumatına görə, son 5 mövsümün yekunlarına əsasən 24,000 xala malik olan "Qarabağ" 62-ci pillədə qərarlaşıb.
"Mölde" (Norveç), "Monako" (Fransa) və "Makkabi" də (Təl-Əviv, İsrail) eyni xala malik olsa da, ağdamlılar əlavə göstəricilərə görə həmin komandaları qabaqlayıb.
Reytinqdə “Qarabağ”a yaxın “ÇFR Kluj” (24,500), “Krasnodar”, PAOK və “Real Sosyedad” (hər biri 25, 000) az fərqlə onları qabaqlayır.