Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun "Olimpiakos"la matçında zədələnən "Qarabağ"ın futbolçusu Kadi Borgesin durumu bəlli olub.
Newsport.az-ın məlumatına görə, həkim müayinəsindən sonra braziliyalı futbolçunun bir həftə meydanlardan uzaq qalacağı dəqiqləşib.
Kadinin zədəsi ciddi olmasa da, Premyer Liqanın 10-cu turunun "Sumqayıt"la matçını buraxacaq.