Ayxan Abbasov: "Səhvlərdən nəticə çıxarmalıyıq"

"Çətin, maraqlı matç alındı. Birinci hissədə futbolçularım yaxşı oynadı, ikinci yarıda isə vuruşdular. Belə hallar olur. Komandamız yenidi, bəzi futbolçular cavandı. 90 dəqiqə eyni tempdə oynamaq üçün vaxt lazımdı. Biz işləməyə davam edəcəyik. Səhvlərdən nəticə çıxarmalıyıq. Hər xal bizim üçün önəmlidi. Çünki xal ehtiyatımızı artırmalıyıq. Altı xallıq oyuna çıxmışdıq. Qalib gəlsəydik, rəqibdən altı xal uzaqlaşacaqdıq. Onlar qalib gəlsəydi, xallarımız bərabər olacaqdı. Əsas odur ki, hər iki komanda meydanda mübarizə apardı. Azarkeşlər sona qədər bizə dəstək oldu. Buna ehtiyacımız var. Neçə oyun idi ki, konfrans zalında az adam olurdu. Artıq bölgəyə futbol qayıdıb. Həqiqətən jurnalistlərin də üzərinə böyük yük düşür. Çox deyirdik Premyer Liqa Bakı çempionatıdı. Hər kəsi burada görmək istəyirik. Buradakı ab-havanı canlı görüb, işıqlandırdıqlarına görə sevinirik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 10-cu turunun "Səbail"lə (2:2) oyunundan sonra mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb: 


- Komandanın potensialı nəyə imkan verir?
- Çempionata başlayanda da əsas məqsədimiz mübarizə aparmaq idi. Bəzi futbolçular var ki, onlara üstünlük vermişik, gəncdilər, inkişaf etməlidilər. Tovuzda futbolla yaşayırlar. Çalışırıq ki, mübarizə aparaq. Ara-sıra oyunlar olur ki, zəifdə oynaya bilərik, gücümüz də çatmaya bilər. Çünki rəqiblər də önəmlidi. Bu gün hər bir komandaya gücümüzü göstərməyə çalışmışıq. Ancaq uzun marafondu. Yığdığımız xalla işimizin bitdiyini deyə bilmərik. Aşağı pillələrdəki komandalar da xal ehtiyatını artırır, mübarizə davam edir.

- Penalti epizodu ilə fikriniz necədi? 
- VAR olandan sonra nəsə danışmaq düzgün deyil. Epizoda VAR-da baxırlar. Matçdan əvvəl dünən keçirilən "Şamaxı" - "Qəbələ" görüşünün son dəqiqəsindəki penalti epizodunu danışırdıq, hakimlər deyirdi ki, orada penalti yoxdu. Amma hər kəs penalti olduğunu düşünür. Qaydalar var. VAR olandan sonra hakimlik haqda danışmaq istəmirəm. Çünki gedib baxırlar.

- Dörd ev oyunu keçirmisiz. İlk dəfə idi ki, ikinci yarını çox zəif oynadınız. Bu nə ilə əlaqədar idi?
- Bu, rəqibin ikinci yarıda dəyişikliklər etməsindən irəli gəlir. Hücumameyilli oyunçular meydana daha çox buraxıldı. Bəlkə də ilk 10 dəqiqə ehtiyatlı olsaydıq, daha yaxşı idi. Təəsssüf ki, qol buraxdıq, ardınca futbolçumuz zədələndi, daha sonra penalti epizodu yaşandı. Yəni, hər şey rəqibin təzyiqi ilə əlaqədar idi. Yeni komandayıq, bu cür oyun bizim üçün dərs olacaq. İkinci yarıda tempi artırmaq lazımdı. Dünya futbolunda da belə olur. Məşq etdiklərimizi ilk yarıda meydanda nümayiş etdirdik.

- Bundan sonrakı oyunlar haqda hansı fikirdəsiz?
- "Qarabağ"la oyundan sonra çətin dönəmə girəcəyik. Çünki bizə yaxın rəqiblərlə qarşılaşacağıq. Çalışacağıq ki, xallar qazanaq. "Qarabağ" səfərinə yollanırıq. Tovuz komandası 9 ildən sonra Premyer Liqaya qayıdıb. Görürük ki, bizdən təcrübəli komandaların qələbəsiz seriyası daha çoxdu, xalı daha azdı. Çalışacağıq ki, bu durumda da futbolçuları qələbəyə inandıraq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right