"Tovuza 3 xal üçün gəlmişdik" - Mahmud Qurbanov

"Çox maraqlı oyun oldu. Bura üç xal üçün gəlmişdik. Komandam yaxşı təsir bağışladı. İlk yarının ortalarında bəzi oyunçular matçdan qopdular. İkinci hissədə qol epizodumuz çox idi. Rəqibin isə şansı da olmadı. "Turan Tovuz" ağır komandadı".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 10-cu turunun "Turan Tovuz"la (2:2) görüşündən sonra deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Stadiondakı ab-hava necə idi?
- Azarkeşlər futbolun yaraşığıdı. Tribunalar dolu olanda futbolçular üçün də yaxşıdı. Bu gün "Turan Tovuz"un və bizim azarkeşlərimiz 90 dəqiqə dəstək oldular. Futbol ab-havası hiss ediləndə, matç daha maraqlı keçir, futbolçular daha məsuliyyətli davranır. 

- Ləğv olunan penaltiniz var idi. Həmin epizoda baxdınız?
- Yox, baxa bilmədik. Əslində, Ağabala Ramazanovun əllə oynadığını görmədim. Amma "Turan Tovuz"un futbolçusunun topa əli ilə toxunmasını görmüşdüm. Hakimlərin verdiyi qərardı. Bu məsələyə çox qayıtmaq istəmirəm. Ola bilər ki, Ağabalanın əlinə dəydi. Köməkçi hakimdən soruşdum, belə dedi. Baxmaq lazımdı.

- Bir xal qazandınız, iki xal itirdiniz?
- Tovuza qələbə üçün gəlmişdik. Amma "Turan Tovuz" da yaxşı komandadı, birinci dövrədə onlara uduzmuşduq. Revanş almaq istəyirdik. Heç-heçə bitdi. Demək belə də olmalıydı. Unutmayaq ki, "Turan Tovuz" da qələbəyə oynayırdı.

- "Səbail"i mövsüm sonunda turnir cədvəlinin hansı pilləsində görəcəyik?
- Biz yuxarı pillələrdə olmaq istəyirik. Bunun üçün də çalışırıq. Hər oyunda qalib gəlmək niyyətindəyik. İstəklərimiz böyükdü, amma gərək reallıqla da barışaq. 

- Rəhbərliyin tələbi ilə göstərdiyiniz nəticələr uzlaşır?
- Bu sualı tez-tez mənə verirlər. Yenə cavab verim. Rəhbərlik tərəfindən qarşımıza avrokuboklara vəsiqə qazanmaq tələbi qoyulmayıb. Bizdən yaxşı, mübariz, futbol oynamağı bacaran komanda yaratmağımızı istəyiblər. Amma bu o demək deyil ki, pis oynayaq, nəticə pis olsun. Çalışırıq, nə qədər yuxarı pillələrdə olsaq, yaxşıdı. Sezonun axırı hər şeyi göstərəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right