Tovuzda sülh, "Sabah" "Zirə"ni məğlub etdi Yenilənib

Azərbaycan Premyer Liqasında 10-cu tur davam edir.

Newsport.az-ın məlumatına görə, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə  "Turan Tovuz" "Səbail"i qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə  yekunlaşıb.

Günün digər görüşündə "Zirə" "Sabah"ın qonağı olub. Oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qalibiyyət sayəsində "Sabah" ən az 1 günlük turnir cədvəlində lider olub.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.

17:30. “Sabah” – “Zirə” - 1:0

Qol: Apeh, 72 (1:0)

Qırmızı vərəqə: Coşqun Diniyev, 85 ("Zirə")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Cavid Cəlilov
“Bank Respublika Arena”

15 oktyabr (şənbə)

15:00. “Turan Tovuz” – “Səbail”  - 2:2

Qollar: Runi Eva, 9-pen (1:0), Mazurek, 12 (1:1), Okebuqvu Henri, 32 (2:1), Ağabala Ramazanov, 54 (2:2)

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right