"Səbail" "Neftçi"yə məxsus olan Vüsal Əsgərovla maraqlanır.
Newsport.az-ın məlumata görə, Bayıl klubu qışda gənc yarımmüdafiəçini icarəyə götürmək üçün "Neftçi"yə müraciət edəcək.
Mənbənin iddiasına görə, ötən mövsüm "Neftçi"də əsas komandanın heyətində də meydana çıxan Əsgərov bu mövsüm daha çox əvəzedici heyətlərin oyunlarında iştirak edir.