Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın ən çox ötürmə edən futbolçusu Bədavi Hüseynovdur.
Newsport.az xəbər verir ki, bu rəqəm UEFA-nın açıqladığı statistik göstəricidən götürülüb. 31 yaşlı mərkəz müdafiəçisi qrupdakı 4 oyunun hamısında iştirak edib. O, bu matçlarda ümumilikdə 247 ötürmə edib ki, onlardan da 221-i dəqiq olub. Bu isə ötürmələrin 90.8 faizinin dəqiq olması deməkdir.
B.Hüseynov turnirin ən çox ötürmə edən oyunçuları sırasında 12-ci yeri tutur. İlk pillədə 337 ötürmə (331-i dəqiq) ilə "Bude Qlimt"in (Norveç) müdafiəçisi Marius Lode qərarlaşıb.
"Qarabağ"dan siyahıda ikinci yeri Qara Qarayev (204 ötürmə, 179-u dəqiq - 87,3 faiz. Ümumi göstərici 49-cu yer), üçüncü yeri Bəhlul Mustafazadə (183 ötürmə, 154-ü dəqiq - 85 faiz. Ümumi göstərici - 64-cü yer) tutur.