"Qarabağ"dan Avroliqada 3 oyunluq quru seriya

"Qarabağ" Avropa Liqasında daha bir göstəricidə əksər komandaları qabaqlayıb.

Newsport.az xəbər verir ki, ötən gün Bakıda Yunanıstan “Olimpiakos”u ilə heç-heçə edən Ağdam təmsilçisi qrup mərhələsində dörd oyunun üçündə qol buraxmayıb.

Ardıcıl 3 oyundur qapısını toxulumaz saxlayan “Qarabağ” ən uzun “quru” seriyası olan 3 komandadan biridir. Qurban Qurbanovun komandası ilə eyni qrupda mübarizə aparan "Frayburq" və "Real Sosyedad" 3 oyundur qol buraxmır.

Qeyd edək ki, "Qarabağ" qrupda 4 turdan sonra 7 xalla ikinci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right