“Zirə”də yeni yarımmüdafiəçi

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, paytaxt klubu İssa İbrahim Cibrila ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı vingerlə iki il yarımlıq müqavilə imzalanıb. Əldə edilmiş razılığa görə, müqavilə 2023-cü ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Niger millisinin də üzvü olan futbolçunun son klubu Türkiyənin “Ankara Keçiörəngücü” komandası olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right