AFFA "Zirə" klubunu cərimələyib

AFFA İntizam Komitəsi "Zirə" klubunu 80 manat məbləğində cərimələyib.

Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna "qartallar"ın əvəzedici komandasının I Divizionun VI turunda "Araz Naxçıvan"la görüşündə meydançanın sulanmasını 19 dəqiqə gecikdirməsi səbəb olub.

Qeyd edək ki, qarşılaşma "Araz Naxçıvan"ın 1:0 hesablı qələbəsi ilə bitib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right