U-17 millimizin Avropa çempionatı üçün ilkin heyəti

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovinada  keçirəcək oyunlar üçün ilkin heyəti açıqlanıb. 

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz seçmə mərhələyə hazırlıq məqəsilə oktyabrın 13-dən 20-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. Bakı toplanışından sonra AÇ-də iştirak edəcək yekun heyət müəyyənləşəcək. Hazırlıq prosesinə aşağıda adları qeyd olunan futbolçular çağırılıb:

Osman Hüseynov ("Riqa" Latviya), Sadiq Məmmədzadə ("Səbail"), Nahid Əliyev, Musa Məmmədov, Elton Mikayılov, Davud Mənsumov  (hamısı "Qarabağ"), Hüseyn Hüseynov  ("Turan Tovuz"), Taleh Mahmudzadə, Murad Məmmədov (hər ikisi "Neftçi"), ceyhun Bağırzadə ("Gaziantep" Türkiyə), Hüseyn Hüseynli, Nihad Əhmədzadə, Sənan Muradlı  (hamısı "Sumqayıt"), Məsud Əlişanlı (EFA), Əhməd Tarverdiyev,İlkin Cəfərli, Teymur Mirzəyev, Anar Hüseynov, Niyazi Osmanov    (hamısı "Sabah"), İlkin Budaqov ("Qəbələ"), Əşrəf Ələkbərli (İUEGM), Mehdi Həşumov ("Qaradağ Lökbatan")





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right