"Qarabağ"la oyunu buraxacağı dəqiqləşdi

 "Olimpiakos"un (Yunanıstan) futbolçusu Qonsalo Avila Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la Bakıdakı matçı buraxacaq.

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı müdafiəçi bud əzələsindən zədə alıb. Qonsalo tibbi müayinədən keçdikdən sonra onun təxminən 10 gün yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. Həmçinin ispaniyalı oyunçu Yunanıstan Superliqasının 8-ci turunda PAOK-la görüşdə də iştirak etməyəcək.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiakos" oyunu saat 20:45-də başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right