"İnter"in bu futbolçuları "Neftçi" ilə oyunda meydana çıxa bilməyəcək

Azərbaycan Premyer Liqasının II turunda "Neftçi" ilə qarşılaşacaq "İnter" hazırlıqlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, Bank klubunda zədə səbəbindən iki futbolçu - müdafiəçi İvan Benitez və Abbas Hüseynov zədə səbəbindən məşqlərə qatılmır.

Sözügedən futbolçuların "Neftçi" ilə oyunda meydana çıxmayacağı gözlənilir. 

Qeyd edək ki, "İnter" - "Neftçi" qarşılaşması avqustun 17-si, saat 21.00-da "İnter Arena"da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right