"Kəpəz" Azərbaycan Premyer Liqasının 9-cu turunun matçında səfərdə "Sabah"ın qonağı olacaq.
Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi bu görüşə ciddi itkilərlə çıxacaq. Əfran İsmayılov və Samir Məhərrəmli zədəlidirlər. Zədəsi olan digər futbolçu Giorgi Kantariya isə həm də cəzalıdır.
Qeyd edək ki, "Sabah" - "Kəpəz" qarşılaşması bu gün saat 19:30-da "Bank Respublika Arsena"da baş tutacaq.