"Qarabağ" "Qəbələ"ni, "Sabah" "Kəpəz"i məğlub etdi Yenilənib

Azərbaycan Premyer Liqasında 9-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, turun ilk oyununda “Zirə” “Şamaxı”nı qəbul edib. Cari mövsümdə qələbə üzünə həsrət qalan Şamaxı təmsilçisi paytaxt səfərindən heç olmasa, bir xalla ayrılmağı hədəfləmişdi. Amma “Zirə” bu komandanı xalsız yola salıb.

Dünən turun daha iki oyunu keçirilib. “Səbail” “Sumqayıt”la, “Neftçi” isə “Turan Tovuz”la üz-üzə gəlib. İlk oyunda “Səbail” qalib gəlibsə, “Neftçi” xal itkisi ilə üzləşib.

Turun mərkəzi qarşılaşması olan “Qəbələ” – “Qarabağ” oyunu oktyabrın 9-da keçirilib. Avropa Liqasında uğurlu çıxış edən Qurban Qurbanovun komandası Misli Premyer Liqasında da zirvədəki yerini qorumaq üçün mübarizə aparıb. Ağdam təmsilçisi səfərdə minimal hesabla üstün olub.

Turun son matçı Masazırda təşkil olunub. Ötən tur “Şamaxı” üzərində çətin qələbə qazanan “Sabah” bu dəfə başqa bölgə təmsilçisi ilə – “Kəpəz”lə qarşılaşıb. Bu oyunda meydan sahibləri darmadağına seviniblər.

Azərbaycan Premyer Liqası, 9-cu tur
 

9 oktyabr (bazar)

19:30. “Sabah” – “Kəpəz” - 5:0 

Qollar: Coy Lens Mikels, 22, Aleksey Kaşuk, 39, Anatoli Nuriyev, 42, Aleksey Kaşuk, 52, Namik Ələskərov, 82
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əli Əliyev
“Bank Respublika Arena"

 

17:00. “Qəbələ” – “Qarabağ” - 0:1

Qol: Filip Ozobiç, 58

Qırmızı vərəqə: İlkin Qırtımov, 43 ("Qəbələ")
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right