Hazırda "Zirə"də çıxış edən Coşqun Diniyev Misli Premyer Liqasında 200-cü oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçinin yubileyi IX tura təsadüf edib.
“Zirə” – “Şamaxı” matçına start heyətində çıxan 27 yaşlı yarımmüdafiəçi bu qarşılaşmayadək 199 görüşdə forma geyinib. O, Premyer Liqadakı 200 matçda 9 qol vurub.
Diniyev bu oyunlardan 34-nü “Zirə”də keçirib. Yarımmüdafiəçi qəsəbə klubunda 3 qola imza atıb.