Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.
Newsport.az-ın məlumatına görə, turun ilk oyununda “Zirə” “Şamaxı”nı qəbul edib. Cari mövsümdə qələbə üzünə həsrət qalan Şamaxı təmsilçisi paytaxt səfərindən heç olmasa, bir xalla ayrılmağı hədəfləmişdi. Amma “Zirə” bu komandanı xalsız yola salıb.
Bu gün turun daha iki oyunu keçirilib. “Səbail” “Sumqayıt”la, “Neftçi” isə “Turan Tovuz”la üz-üzə gəlib. İlk oyunda “Səbail” qalib gəlibsə, “Neftçi” xal itkisi ilə üzləşib.
Turun mərkəzi qarşılaşması olan “Qəbələ” – “Qarabağ” oyunu oktyabrın 9-da keçiriləcək. Avropa Liqasında uğurlu çıxış edən Qurban Qurbanovun komandası Misli Premyer Liqasında da zirvədəki yerini qorumaq üçün mübarizə aparır.
Turun son matçı Masazırda təşkil olunacaq. Ötən tur “Şamaxı” üzərində çətin qələbə qazanan “Sabah” bu dəfə başqa bölgə təmsilçisi ilə – “Kəpəz”lə qarşılaşacaq.
Azərbaycan Premyer Liqası, IX tur
8 oktyabr (şənbə)
17:00. “Səbail” – “Sumqayıt” 1-0
Qol: Turan Manafov, 39
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamran Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
“ASCO Arena”
19:30. “Neftçi” – “Turan Tovuz” 0-0
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
“Bakcell Arena”